
ABŞ-nin vitse-prezidenti J.D. Vens, ölkə başçısı Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni, sahibkar Cared Kuşner bu həftə sonu İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada gedəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt mətbuat brifinqində danışıb.
“Mən elan edə bilərəm ki, Prezident Donald Tramp vitse-prezident J.D. Vens, xüsusi elçi Uitkoff və cənab Kuşnerin rəhbərlik etdiyi danışıqlar qrupunu bu həftə sonu danışıqlar aparmaq üçün İslamabada göndərir”, - o bildirib.
Livitt deyib ki, bu danışıqların ilk mərhələsi yerli vaxtla şənbə günü səhər keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz