
Yaxın Şərq münaqişə zonasında bir neçə yerdə atəşkəsin pozulması halları qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-İran danışıqlarında əsas vasitəçi kimi çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Münaqişə zonasında bir neçə yerdə atəşkəsin pozulması halları qeydə alınır və bu, sülh prosesinin ruhunu sarsıdır”, - Şərif yazıb.
O, bütün tərəfləri razılaşdırıldığı kimi təmkinli olmağa və iki həftə ərzində atəşkəsə riayət etməyə çağırıb.
Qeyd edək ki, eyni zamanda İran Hörmüz boğazından gəmi daşımalarını dayandırıb. Tehran bunu İsrailin atəşkəsə baxmayaraq Livanda “Hizbullah”a qarşı genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirməsi ilə əlaqələndirib.
Tətbiqimizi yükləyə bilərsiniz