
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə departament rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - o yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz