Avtomobil idxalındakı kəskin azalma davam edib

Ötən il Azərbaycana 5 min 746 ədəd avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu rəqəm 2015-ci illə müqayisədə 21 min 39 ədəd yaxud 4,6 dəfə azalma deməkdir. Hesabat dövründə avtomobil idxalının 86%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Belə ki, 2015-ci il ərzində bu nəqliyyat vasitələri üzrə 4 min 991 ədəd idxal qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 4,7 dəfə yaxud da 18 min 774 ədəd azdır. Hesabat dövründə 571 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da 2015-ci illə müqayisədə 1390 ədəd yaxud da 3,4 dəfə azalıb. Bunlardan başqa il ərzində 88 ədəd xüsusi təyinatlı motorluq nəqliyyat vasitələri, 96 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top