
Azərbaycanın ən böyük 100 vergi ödəyicisi siyahısında 23 xarici kapitallı şirkət yer alıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda yer alan xarici şirkətlər il ərzində ümumilkdə 3 milyard 16,7 milyon manat vergi ödəyiblər.
Qeyd edək ki, siyahıda sayca ən çox Böyük Britaniya (4 fərqli bölmə ilə BP) və Türkiyə (5 şirkət) təmsil olunur.
Eyni zamanda siyahıda Rusiya, ABŞ, İran, Macarıstan, İsveçrə, Danimarka və Yaponiya şirkətləri də var.
Onu da qeyd edək ki, ən böyük 100 vergi ödəyicisi siyahısında yer alan 23 xarici şirkət ümumilikdə 3 milyard 16,7 milyon manat vergi ödəyiblər. Bu, 100 şirkətin cəmi vergi ödənişlərinin (7 895,7 milyon manat) 38,2%-ni təşkil edib.
Ən çox vergi ödəyən 100 şirkətin siyahısında yer alan xarici kapitallı şirkətlər aşağıdakı kimi olub:
Neft-Qaz və Enerji Sektoru
“BP Eksploreyşn (Azərbaycan) Limited” (Böyük Britaniya) – 662,7 milyon manat
“Lukoyloversiz Şah Dəniz Ltd.” (Rusiya) – 435,2 milyon manat
“Turkish Petroleum Overseas Company Ltd” (Türkiyə) – 429,9 milyon manat
“Sauf Kokazus Payplayn Kompani” (SCPC) (Konsorsiyum) – 327,4 milyon manat
“Naftiran Intertrade Co. (Nico) Limited” (İran) – 211,7 milyon manat
“BP Eksploreyşn (Kaspian Si) Limited” (Böyük Britaniya) – 164,5 milyon manat
“Azərbaycan (EYSC) Limitid” (Konsorsiyum) – 148,9 milyon manat
“MVM Upstream Private Limited Company” (Macarıstan) – 112,9 milyon manat
“Turkish Petroleum SCP Limited” (Türkiyə) – 76,8 milyon manat
“Lukoil-Azərbaycan"” QSC (Rusiya) – 63,9 milyon manat
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) (Konsorsiyum) – 37,7 milyon manat
“BP Eksploreyşn (Şah Dəniz) Limited” (Böyük Britaniya) – 27,8 milyon manat
“Ekson Azərbaycan Limited” (ABŞ) – 21,7 milyon manat
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) (Türkiyə) – 17,0 milyon manat
“Cieco Azərbaycan” (Itochu - Yaponiya) – 15,9 milyon manat
“BP Payplaynz (BTC) Limited” (Böyük Britaniya) – 12,6 milyon manat
Tikinti və Sənaye
“Cengiz İnşaat Sanayii ve Ticaret A.Ş.” (Türkiyə) – 104,3 milyon manat
“Holcim (Azərbaycan)” ASC (İsveçrə) – 29,9 milyon manat
“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” (Türkiyə) – 15,4 milyon manat
Qida və xidmətlər
“Azerbaijan Coca-Cola Bottlers” (ABŞ/Türkiyə) – 45,5 milyon manat
“Carlsberg Azerbaijan” MMC (Danimarka) – 29,1 milyon manat
“McDonald's Azərbaycan” QSC (ABŞ) – 15,9 milyon manat
“Trendyol Azərbaycan” MMC (Türkiyə) – 14,9 milyon manat
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz