Düşmən mövqelərimizi “Şmel” reaktiv odsaçandan atəşə tutub – FOTO

Ermənistan növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

DİGƏR XƏBƏRLƏR

Top