“Marsel”in baş məşqçisinin evi qarət edildi


“Marsel”in baş məşqçisi Habib Beyenin evi qarət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Depeche” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə 8 aprel gecəsi baş verib. Oğrular hasarın üstündən aşaraq Beyenin “Marsel” komandasının baş məşqçisi təyin edildikdən sonra qaldığı villanın pəncərəsini sındırıblar.
İlkin məlumatlara görə, oğrular içərisində “Louis Vuitton” geyimləri və aksesuarları olan çamadanı oğurlayıblar.
Hadisə baş verən zaman Beye evdə olmayıb.
Qeyd edək ki, 48 yaşlı Beye 2026-cı ilin fevral ayından “Marsel” klubuna rəhbərlik edir. O, əvvəllər Fransanın “Renn” klubunda baş məşqçi olub.
Xatırladaq ki, 28 oyundan sonra “Marsel” 49 xalla Fransa liqasının turnir cədvəlində dördüncü yerdədir. Beyenin komandası sonuncu oyununda (5 aprel) “Monako”ya 2-1 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top