
Xəbər verdiyimiz kimi, Dövləti Vergi Xidməti 2025-ci ildə ən çox vergi ödəyən 100 şirkətin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ən böyük vergi ödəyicisi olan 100 şirkətin arasında ölkənin aparıcı market şəbəkələri də var.
Qeyd edək ki, market şəbəkələri arasında ən çox vergi ödəyən “Araz Supermarket” MMC olub. “Araz Supermarket” ötən il dövlət büdcəsinə 46,4 milyon manat köçürüb və ən çox vergi ödəyən 100 şirkət arasında 27-ci yerdə qərarlaşıb.
Ən çox vergi ödəyən market şəbəkələrini təqdim edirik:
27. "Araz Supermarket"Məhdud Məsuliyyətli Cəmiyyəti – 46,4 milyon manat;
57. "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti – 25,9 milyon manat;
66. "Azərbaycan Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Bravo”) – 21,2 milyon manat;
70. "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyəti – 20 milyon manat;
77. "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyəti – 17,8 milyon manat;
95. “Azza” Qapalı Səhmdar Cəmiyyəti – 14,6 milyon manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz