Lavrov: ABŞ-ın xüsusi xidmət orqanlarının pulları Rusiya naminə xərclənir

ABŞ-ın Rusiya diplomatlarını öz tərəfinə cəlb etmə aktivliyi Barak Obama administrasiyasının ikinci hakimiyyət müddətində artıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunları üzrə mətbuat konfransında deyib. Nazir bu barədə statistikanı aşkara çıxarmadıqlarını bildirib: “Lakin son bir neçə il ərzində, xüsusilə də Barak Obama administrasiyasının ikinci hakimiyyət müddətində diplomatlarımıza qarşı belə qeyri-dost münasibətin artması müşahidə olunub”. O əlavə edib ki, 2016-cl ilin aprelində məsləhətçi-səfir səviyyəsində əməkdaşlıq təklifilə öz tərəfinə cəlb etmə yanaşması olub: “Digər yüksəksəviyyəli diplomatızın maşınına Amerika xüsusi xidmət orqanları 10 min dollar yerləşdiriblər. Həmin pullar mühasibatlığımız tərəfindən gəlirə yazılıb və hazırda Rusiya dövlətinin rifahı naminə işləyir”.

DİGƏR XƏBƏRLƏR

Top