FHN də zəlzələ ilə bağlı məlumat yaydı


Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHNin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 8 aprel 2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5,3 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top