
“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts iyunun 10-da Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsində Ceffri Epşteyn haqqında ifadə verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNBC telekanalı məsələ ilə tanış olan bir mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qeyts komitənin Epşteynin keçmiş icraçı köməkçisi Lesli Qroffu dindirməsinin ertəsi günü ifadə verəcək.
Məlumata görə, başqa bir milyarder, “Gateway” kompüter şirkətinin həmtəsisçisi Ted Ueytt isə aprelin 30-da ifadə verməyə razı olub.
Qeyd edək ki, fevral ayında Qeyts Epşteynlə əlaqəsini etiraf edib və buna görə Qeyts Fondunun əməkdaşlarından üzr istəyib.
Tətbiqimizi yükləyə bilərsiniz