TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi – Sərəncam


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:
Maliyyə nazirinin müavini
Səhiyyə nazirinin müavini
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.


Qeyd edək ki, buna qədər TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

DİGƏR XƏBƏRLƏR

Top