Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı


Gürcüstanda 35 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1991-ci il təvəllüdlü N.A.-nı saxlayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində soyuq silahdan istifadə edərək 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-yə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.
Polis tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra, isti izlərlə saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - DİN-in məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top