
“Bavariya”nın ingilis hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/4 finalının “Real Madrid”ə qarşı ilk oyununda qol vurub.
Yeniavaz.com xəbər verir ki, ingilis futbolçunun 46-cı dəqiqədə vurduğu bu qol onun Çempionlar Liqasında 67 oyunda vurduğu qolların sayını 51-ə çatdırıb.
Bununla da, Keyn turnirdə 50 qolu olan Məhəmməd Salah və Tyerri Anrini geridə qoyaraq, Çempionlar Liqasında ən çox qol vuran futbolçular siyahısında 10-cu yerə yüksəlib.
Qeyd edək ki, 32 yaşlı Keyn bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 49 qol vurub və 5 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz