
Aprelin 4-də aeroport yolunda baş vermiş qəzanın görüntüləri yayılıb.
Yeniavaz.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, “Audi” markalı avtomobil sərt ötmə manevri edərkən idarəetmədən çıxıb və ağır nəticələrə səbəb olub.
Belə ki, avtomobil öz yolu ilə hərəkət edən “Toyota”ya çırpıldıqdan sonra aşıb. Hadisə nəticəsində xəsarət alanlar olub.
Bildirilib ki, hər hansı sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa və digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu həm onun, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir:
“Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə səbəb olur. Ağır nəticələrə yol açdıqda isə cinayət məsuliyyəti yaradır. Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücülərə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik”.
Tətbiqimizi yükləyə bilərsiniz