Xarici ticarətdə müsbət saldo 3,6 dəfə azalıb

2016-cı il ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 17 milyard 675 milyon 727 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2015-ci ilə nisbətən 19,4% azalıb. İdxal əməliyyatları üzrə 8 milyard 532 milyon 447 min dollar (2015-ci ilə nisbətən 7,4% azalıb), ixrac əməliyyatları üzrə 9 milyard 143 milyon 279 min dollar (2015-ci ilə nisbətən 28,2% azalıb) ticarət həcmi qeydə alınıb. 2016-cı ildə ticarət dövriyyəsində 610 milyon 832 min dollarlıq müsbət saldo yaranıb. 2015-ci ildə həmin göstərici 2 milyard 203 milyon 75 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 3,6 dəfədən çox azalma qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top