
ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs xəbərindən sonra dünya neft bazarlarında kəskin qiymət enişi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etməsi və Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması xəbəri birjalarda "şok" effekti yaradaraq qiymətlərin bir neçə dəqiqə ərzində 15%-dən çox ucuzlaşmasına səbəb olub.
Birja məlumatlarına əsasən, WTI markalı neftin qiyməti 15,41% azalaraq 95,54 dollara, “Bren”t markalı neft isə 13,98% dəyər itirərək 93,99 dollara düşüb.
Ən kəskin geriləmə “Murban” neftində müşahidə olunub ki, bu markanın qiyməti 18,85% azalaraq 96,78 dollar səviyyəsində qərarlaşıb.
Analitiklər bildirirlər ki, regionda hərbi gərginliyin azalması neftin qiymətindəki “müharibə riski” əlavəsini aradan qaldırıb və tədarük zəncirinin bərpasına ümidləri artırıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz