
ABŞ-İran danışıqlarının ilk raundu aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının nüxbiri Barak Ravid “X” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ və İran arasında sülh sazişi üzrə danışıqların ilk mərhələsinin cümə günü İslamabadda keçirilməsi planlaşdırılır", - Barak Ravid qeyd edb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu elan edib.
Digər tərəfdən, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə iki həftəlik atəşkəs razılaşmasının Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların aradan qaldırılmasını, İranın xaricdəki aktivlərinin dondurulmasının ləğv edilməsini və İrana kompensasiya ödənilməsini nəzərdə tutduğunu elan edib.
Tehran, həmçinin Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyini təmin edəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz