
İsrail ABŞ Prezidenti Donald Trumpın İrana qarşı zərbələri iki həftəlik dayandırmaq qərarını dəstəkləyir, lakin bu atəşkəs Livanı əhatə etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, İsrail ABŞ-nin bu addımını Tehranın dərhal Hörmüz boğazını açması və ABŞ-yə, İsrailə və region ölkələrinə qarşı hücumları dayandırması şərti ilə dəstəkləyir.
Bu açıqlama Vaşinqtonun münaqişəni gərginlikdən çıxarmaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə İrana qarşı hücumları iki həftəlik dayandırdığını elan etməsindən sonra verilib.
Tətbiqimizi yükləyə bilərsiniz