
Futbol tarixinin ən çox mükafatlandırılan məşqçilərindən biri olan rumıniyalı Mirça Luçesku 80 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Emanuel Rosu sosial şəbəkə hesabında məlumat yayıb.
“Faciəvi xəbər. Mirça Luçesku 15 dəqiqə əvvəl vəfat edib”, - jurnalist yazıb.
***22:19
Rumıniyalı mütəxəssis Mirça Luçeskunun tibbi komada olmasına baxmayaraq əməliyyat olunacağı planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fanatik” sosial mediada məlumat yayıb.
Mənbənin məlumatına görə, ürək və ağciyər funksiyasını dəstəkləmək üçün EKMO (ekstrakorporal membran oksigenləşdirmə) aparatından istifadə olunacaq. Fransadan olan kardioloqun prosedurda iştirak etməsi gözlənilir.
Xatırladaq ki, mütəxəssis Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Məşqçiyə kəskin miokard infarktı diaqnozu qoyulub.
Tətbiqimizi yükləyə bilərsiniz