
“Artemis 2” ekipajının iştirak etdiyi missiya 1970-ci ildə qoyulmuş məsafə rekordunu qırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb.
“Bəşəriyyət üçün yeni bir mərhələ. “Artemis 2” heyəti indiyə qədər qət etdilən ən uzaq məsafəyə, yəni Yer kürəsindən 406.700 km uzağa çatıb. Bu, 1970-ci ildə “Apollo 13” tərəfindən qoyulmuş əvvəlki rekordu təxminən 6.601.5 km üstələyir”, - açıqlamada bildirilir.
Heyət hazırda elmi müşahidələr aparmaq üçün Aya kifayət qədər yaxındır və kosmik gəmi pəncərələri ay səthinə baxmaq üçün xüsusi olaraq istiqamətləndirilib.
Qeyd edək ki, aprelin 1-i ABŞ “Artemis 2” missiyasının bir hissəsi olaraq dörd astronavt daşıyan pilotlu kosmik gəmini Aya doğru buraxıb. Bu on günlük ekspedisiya, təxminən 8000 kilometr məsafədə Ayın səthinə ən yaxın məsafədən uçuşu əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz