Zaur Əliyev nazir müavini təyin olundu − KİV


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakıpost.az məlumat yayıb.
Bildirilib ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Qeyd edilib ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

DİGƏR XƏBƏRLƏR

Top