“İran bunun müqabilində iki fransız casusunu azad etdi” − IRNA


İran hakimiyyəti 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan iki Fransa vətəndaşı Sesil Koler və Jak Parini azadlığa buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IRNA mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, onlar Parisin Tehrana qarşı işini Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq azadlığa buraxılıblar.
Nəşrin məlumatına görə, Fransa hakimiyyəti həmçinin 2025-ci ildə terrorizmi haqlı çıxarmaqda ittiham olunaraq saxlanılan “Lümyer Lyon 2” universitetinin professoru, iranlı tərcüməçi Mahdie Esfandiarini də azadlığa buraxıb.
Qeyd edək ki, Koler və Pari 2022-ci ilin may ayında İranda saxlanılıblar. İslam Respublikasının Kəşfiyyat Nazirliyi onları müəllimlərin daha yüksək əmək haqqı tələb edən etirazları zamanı iğtişaşlar təşkil etməyə cəhddə ittiham edib. Fransa daha sonra Beynəlxalq Ədalət Məhkəməsinə konsulluq müdafiəsi təmin etmədiyi səbəbilə iddia qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top