
Baltik dənizinin Primorsk limanından yüklənən Rusiyanın “Urals” markalı xam neftinin qiyməti aprelin 2-də 116,05 dollar/barel təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, 2013-cü ildən bəri ən yüksək qiymətdir. O zaman qiymətlər 113-115 dollar/barel səviyyəsinə çatmışdı.
Qeyd edilib ki, Qara dənizin Novorossiysk limanından yüklənərkən qiymət 114,45 dollar/barel səviyyəsinə çatıb.
Rusiya neftinin hazırkı qiyməti Rusiya Federasiyasının 2026-cı il büdcəsində müəyyən edilmiş orta hesabla 59 dollar/barel qiymətindən təxminən iki dəfə çoxdur.
Rusiya neftinin qiymətləri ABŞ və İsrailin İranla müharibəsi və dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması fonunda yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz