“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq” – Tramp


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin razılaşma əldə etmək üçün verdiyi ultimatumun müddəti bitdiyi bir vaxtda İrana bor daha xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında bildirib.
”Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və onu geri qaytarmaq mümkün olmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”, - Tramp qeyd edub.
Tramp həmçinin İranda tam və qəti rejim dəyişikliyinə nail olduğunu iddia edib.
Qeyd edək ki, martın 26-da Amerika lideri İranın enerji infrastrukturu obyektlərinə zərbələrin 6 aprel saat 20:00-dək (Bakı vaxtı ilə 7 aprel saat 04:00) 10 günlük dayandırıldığını elan etmişdi. Daha sonra “Axios”un xəbər verdiyi kimi, ABŞ Prezidenti İranla potensial müqavilənin bağlanması üçün son tarixi 24 saat uzatmışdı.

DİGƏR XƏBƏRLƏR

Top