Turizm Agentliyində kütləvi ixtisar baş verir?


Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə məlumat verib.
İddia edilib ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.
Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.
Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.
Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.
“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyə məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top