
İranda vurulan F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi missiyası zamanı B-1 bombardmançı təyyarələri təxminən 100 ədəd 2000 funtluq bomba atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Rəsmilərdən birinin sözlərinə görə, missiyanın uğurla başa çatmasını təmin etmək üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun yollarına, üzvlərinə və qarnizonlarına bombalar atılıb.
ABŞ iranlıların ABŞ qoşunlarına və təyyarələrinə yaxınlaşmasının qarşısını almaq üçün xilasetmə məntəqəsinin yaxınlığındakı yolları dağıtmağa üstünlük verib.
Tətbiqimizi yükləyə bilərsiniz