
İranın əsas neft terminallarının yerləşdiyi Xarq adası ABŞ və İsrailin hava hücumlarına məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, adada bir neçə partlayış səsi eşidilib. Lakin agentlik zərbəyə məruz qalan obyektlər, həmçinin dəyən ziyan və itkilər barədə dəqiq məlumat verməyib.
Digər tərəfdən, Vaşinqton administrasiyasının xüsusi nümayəndəsi ABŞ hərbi qüvvələrinin İranın Xarq adasına zərbələr endirməsi barədə məlumatları təsdiqləyib.
Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“ABŞ ordusu Xarq adasındakı hərbi hədəflərə zərbələr endirib”, - deyə Ravid bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “The Financial Times” qəzetinə verdiyi müsahibədə ABŞ-nin Xarq adasını ələ keçirmək ehtimalını istisna etməmiş və Vaşinqtonun bunun üçün bir çox variantının olduğunu bildirmişdi. Amerika lideri həmçinin ABŞ-nin adanı asanlıqla ələ keçirə biləcəyinə əminliyini ifadə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz