Türkiyədə İsrail Konsulluğunun qarşısında silahlı insident oldu – Ölənlər var


İstanbulda, İsrail Konsulluğunun yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 12:30 radələrində İstanbulun Levent qəsəbəsindəki İsrail Baş Konsulluğu önündə silahlı insident baş verib.
Məlumata görə, hadisə zamanı bir şəxs konsulluğa yaxınlaşaraq silahına əl atıb. Polis hadisə yerinə cəlb olunub və təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə zamanı 3 şübhəli zərərsizləşdirilib, 2 polis əməkdaşı isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top