
14 milyondan çox iranlı İranı müdafiə etmək üçün canından keçməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə səhifəsində “Canfəda” kampaniyasına işarə edərək bildirib.
O, həmçinin özünün də İran üçün canından keçməyə hazır olduğunu qeyd edib.
“14 milyondan çox cəsur iranlı artıq İranı müdafiə etmək üçün canından keçməyə hazır olduğunu bəyan edib. Mən də həmişə İran üçün canımdan keçməyə hazır olmuşam, hazıram və hazır olacağam”, - Pezeşkian əlavə edib.
Qeyd edək ki, İranda müharibə başlayandan sonra “Canfəda” kampaniyası başlayıb. Kampaniyada məqsəd əhalinin İranın müdafiəsini təşkil etməsinə hazırlıqdır.
Tətbiqimizi yükləyə bilərsiniz