Bakıda mənzillər nə qədər bahalaşıb? – Rayonlar üzrə siyahı


Bu ilin mart ayında paytaxtın mənzil bazarında qiymət artımı müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin açıqladığı məlumatda yer alıb.
Bildirilir ki, fevral ayı ilə müqayisədə həm yeni tikili, həm də köhnə tikili mənzillərin qiymətlərində artım qeydə alınıb.
Təqdim olunan məlumatlara görə, artım paytaxtın bütün rayonları üzrə qeydə alınıb. Səbail rayonunda qiymətlər daha yüksək tempdə yüksəlib. Bu rayonda yeni tikili mənzillər üzrə artım 1,1%, köhnə tikililərdə 0,9%, tikilməkdə olan (“kotlovan” mərhələsi) layihələrdə isə 1,3% təşkil edib.
Digər mərkəzi rayonlarda da oxşar dinamika müşahidə olunur. Yasamal və Nəsimi rayonlarında yeni tikililərdə qiymətlər 1%, köhnə tikililərdə isə 0,8% artıb. Nərimanov və Xətai rayonlarında da artım nisbətən yüksək səviyyədə olub.
Ən aşağı artım isə Pirallahı və Qaradağ rayonlarında qeydə alınıb. Bu ərazilərdə yeni tikililərdə artım müvafiq olaraq 0,5% və 0,6% təşkil edib.
Mart ayında paytaxtın ayrı-ayrı rayonları üzrə mənzillərin qiyməti aşağıdakı kimi artıb:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top