
İranın Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti ABŞ və İsrailin kəşfiyyat məlumatlarına əsaslanan sənədə istinadla məlumat yayıb.
Sənəddə deyilir ki, Müctəba Xamenei ağır vəziyyətdə Qum şəhərində müalicə alır və rejimin heç bir qərar qəbul etməsində iştirak edə bilmir.
Qeyd edək ki, martın 12-də “The Sun” qəzeti Müctəba Xameneinin hava hücumu nəticəsində ağır yaralandığını bildirib. Nəşrin məlumatına görə, İran lideri bir və ya hər iki ayağını itirib və görünür, komadadır.
Digər tərəfdən, Tehran rəsmi olaraq yeni liderin 28 martda ABŞ və İsrailin ilkin hücumunda yaralandığını etiraf edib, lakin xəsarətin yüngül olduğunu iddia edib.
Xatırladaq ki, bundan əvvəl Küveytin “AJ Jarida” qəzeti Müctəba Xameneinin aviazərbələr nəticəsində yaralandıqdan sonra Rusiyaya aparıldığını və Moskvada yerləşən xüsusi klinikada müalicə aldığını xəbər vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz