
ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri 155-dən çox İran gəmisinə xəsarət yetirib və ya tamamilə məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
CENTCOM-un məlumatına görə, ABŞ ordusu həmçinin, “Epik Qəzəb” əməliyyatı zamanı 13 mindən çox hədəfə zərbə endirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri zərbələrə məruz qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz