
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişədən sonra ispan dilini öyrənəcəyini və Venesuela prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə İrandakı vəziyyətlə bağlı təşkil olunan mətbuat konfransında danışıb.
“Bu işləri bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Orada prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, - deyə Ağ Ev rəhbəri zarafatla bildirib.
Amerika lideri həmçinin, dil öyrənmək qabiliyyətinin yaxşı olduğunu, buna görə də, ispan dilini qısa bir vaxtda öyrənəcəyinə inandığını əlavə edib.
Qeyd edək ki, ABŞ yanvarın 3-də Venesuelaya qarşı bir sıra hava hücumları həyata keçirib və prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores Maduro girov götürülüb. Saxlanılan siyasətçi Nyu-Yorka aparılıb və orada narkoterrorizm və digər cinayətlərdə ittiham olunub. Bundan sonra Venesuela Ali Məhkəməsi ölkənin vitse-prezidenti Delsi Rodriqesi müvəqqəti dövlət başçısı təyin edib.
Tətbiqimizi yükləyə bilərsiniz