Türkiyədə məşhurlar saxlanıldı


Türkiyədə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ümumilikdə 16 nəfər haqqında həbs qərarının verildiyi bildirilir.
Məlumata görə, əməliyyat narkotik maddələrlə bağlı aparılan araşdırmanın yeni mərhələsi çərçivəsində həyata keçirilib. İstintaq orqanları şübhəlilərin “narkotik vasitələrin istifadəsi və istifadənin asanlaşdırılması” ilə əlaqəli fəaliyyətlərdə iştirak etdiyini ehtimal edir.
Saxlanılanlar arasında Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Z.Aslı Sipahi və İlkay Şencanın olduğu iş adamları, model və şou-biznes nümayəndələri yer alıb. Bəzi şəxslərin ölkə daxilində saxlanıldığı, bəzilərinin isə xaricdə olduğu üçün proseslərin davam etdiyi bildirilir.
Rəsmi açıqlamada vurğulanıb ki, əməliyyat “ictimai əxlaqın və ailə dəyərlərinin qorunması” məqsədilə həyata keçirilir və istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Türkiyədə son aylarda məşhurlara qarşı narkotik ittihamları ilə bağlı bir neçə oxşar əməliyyat keçirilib və bəzi hallarda saxlanılan şəxslər sonradan məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top