
Rusiya kəşfiyyatının İsrailin 55 mühüm enerji infrastrukturu obyektinin ətraflı siyahısını İrana təqdim etdiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Ukrayna kəşfiyyatı ilə əlaqəsi olan mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Rusiyadan alınan məlumatlar İrana İsrailin enerji sisteminə yüksək dəqiqlikli raket zərbələri endirmək imkanı verəcək.
Nəşr yazır ki, sözügedən obyektlər üç kateqoriyaya bölünür:
- Dağıdılması İsrailin milli enerji sisteminə zərər verə biləcək çox vacib elektrik enerjisi istehsalı qurğuları;
- İsrailin mərkəzi hissəsində yerləşən və böyük yaşayış məntəqələrinə xidmət göstərən enerji obyektləri;
- Regional yarımstansiyalar.
“Ukrayna tərəfinin fikrincə, Rusiyanın İrana kəşfiyyat məlumatlarını ötürməsinin iki məqsədi var: regiondakı müttəfiqini gücləndirmək və beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün Yaxın Şərqdə yeni bir böhran yaratmaq”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz