“Denimin xaç atası” vəfat etdi


İtalyan dizayner Adriano Qoldşmid vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə WWD məlumat yayıb.
82 yaşlı dizayner ömrünün son illərini xərçənglə mübarizə aparırdı.
Qoldşmid Avropa və ABŞ-də denim sənayesinə dərin təsir göstərdiyinə görə “denimin xaç atası” kimi tanınırdı. 1970-ci və 1980-ci illərdə Qoldşmid “Diesel”, “Reply” və “Gap 1969” kimi məşhur denim brendlərinin ön sıralarında idi.
Qoldşmid cins şalvarların iş geyimi kimi deyil, dəbli və lüks bir məhsul kimi potensialını ilk tanıyanlardan biri idi. Onun denim emalı ilə bağlı innovativ təcrübələri - məsələn, qaynadılmış denim və süni şəkildə cilalama - yeni sənaye standartları müəyyən etdi və cins şalvarların sürətli populyarlığına töhfə verdi.

DİGƏR XƏBƏRLƏR

Top