Ölkədə dollara tələbat azalıb – Məzənnə dəyişib


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nağd xarici valyuta bazarında əməliyyatlar ən çox ABŞ dolları ilə aparılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında mübadilə məntəqələrində 270,1 milyon dollar alınıb, 234,2 milyon dollar satılıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dolların alışı artıb, satışı isə kəskin azalıb. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında mübadilə məntqələrində 260,5 milyon dollar alınıb, 471,9 milyon dollar satılıb.
Açıqlanan məlumatlardan göründüyü kimi, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar ayında dolların alışı 9,6 milyon dollar artıb, satışı isə 237,7 milyon dollar azalıb.
Onu da bildirək ki, dollar satışının kəskin azalması səbəbindən məzənnədə dəyişiklik olub. Belə ki, ötən ilin yanvar ayında dolların orta məzənnəsi 1,7006 manat olduğu halda, bu ilin yanvarında 1,6988, fevral ayında isə 1,6982 manata düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top