
İsrail Hərbi Hava Qüvvələri İranın Buşəhrdəki ən böyük dəniz bazasını bombalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat dərc olunub.
Bildirilir ki, hücumlar bu gün səhər saatlarında həyata keçirilib.
Qeyd olunur ki, Buşəhrdə böyük dəniz bazası, hava qüvvələri bazası, hava hücumundan müdafiə sistemləri, eləcə də raketlər və zərbə vuran pilotsuz təyyarələr üçün yeraltı anbarlar var.
Hadisə anının kadrları sosial şəbəkələrdə yayılıb:
Tətbiqimizi yükləyə bilərsiniz