
Bu ilin fevral ayında Azərbaycanın pərakəndə ticarət sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, fevral ayında pərakəndə ticarət sektorunda inam indeksi mənfi 3,7 olub.
Bu göstərici, əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin fevral ayında pərakəndə ticarət inam indeksi müsbət 10,5 olub.
Qeyd edək ki, açıqlanan məlumatda son 3 ayda pərakəndə ticarətdə faktiki satışlar üzrə işgüzar fəallıq indeksinin müsbət 23,8 (2025-ci ilin fevral ayında müsbət 22,3), mal ehtiyatlarının dəyişməsinin isə mənfi 12,5 (2025-ci ilin fevral ayında müsbət 13,8) olduğu göstərilib. Eyni zamanda növbəti 3 ayda satışlar üzrə gözləntilərin mənfi 47,4 (2025-ci ilin fevral ayında müsbət 23,1), qiymət gözləntilərinin isə müsbət 6,9 (2025-ci ilin fevral ayında mənfi 0,8) olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, açıqlanan məlumat son 3 ayda faktiki satışların artdığını göstərəsə də, sahibkarların növbəti 3 ay üçün satış gözləntilərinin azaldığını göstərir. Mal ehtiyatlarının mənfiyə düşməsi anbarlarda malların azaldığını və ya tədarükdə ehtiyatlı davranıldığını göstərir. Bunlardan başqa ötən il qiymətlərin düşəcəyi gözlənildiyi halda, bu il qiymət gözləntiləri müsbətdir. Bu da, bazarda inflyasiya gözləntilərinin artmasını göstərir.
Xatırladaq ki, bir neçə gün əvvəl Mərkəzi Bank da 2026-cı ildə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu açıqlayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz