
Əsasən internet üzərindən satılan və arıqlamağa kömək etdiyi iddia edilən bəzi bitki mənşəli məhsullar ciddi təhlükə yaradır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarında bildirilir.
ÜST-ün məlumatına görə internetdə satılan məhsulların ən azı 50%-i saxtadır.Qanunsuz istehsal olunan bir çox bitki mənşəli əlavələr hər il dünyada 1 milyondan çox insanın ölümünə səbəb olur.
Yayın yaxınlaşması ilə insanlar daha formada və sağlam görünməyə çalışdıqca arıqlama məhsullarına tələbat artır.
Bildirilir ki, saxta istifadəçi rəyləri ilə bəzədilmiş bəzi reklamlar bu fırıldaqlara aldananlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz