Qırğızıstan hökumətindən ölənlərin ailələrinə - 1000 dollar yardım

Qırğızıstan hökuməti Türkiyə Hava Yollarına aid Boeing 747 yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölən və yaralananların ailələrinə birdəfəlik yardım ayırıb. Xarici KİV-i xəbər verir ki, hökumət hər ailəyə təxminən min dollar verəcək. Qeyd edək ki, “Manas” aeroportundan 1,5 kilometr uzaqlıqda təyyarənin qəzaya düşməsi nəticəsində 17-si uşaq olmaqla, 38 nəfər ölüb. Qırğızıstan hökuməti isə hadisənin terror aktı olması versiyasını istisna edib.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top