Əzələ itkisi riskinin müəyyən olunmasında süni intellektdən istifadə olunacaq


Təkcə qocalıq deyil, həm də həyat tərzi əzələ atrofiyası və xroniki xəstəliklər riskini artıra bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsi müəllimi, professor Dr. Murat Kara deyib.
Kara, sarkopeniyanın yaşlılarda əzələ itkisi və funksiyanın azalması ilə əlaqəli olduğuna diqqət çəkib:
“Sarkopeniya həm xəstəliklər, həm də ölüm halları ilə əlaqəlidir. Bu səbəbdən yaşlanan əhali arasında bu xəstəliyin əhəmiyyəti getdikcə artmaqdadır”.
Kara, D vitamini çatışmazlığının əzələ itkisini də artırdığını bildirib:
“Əzələ itkisinin qarşısını almaq üçün həyat tərzində dəyişikliklər etmək lazımdır. Əzələ itkisi nə qədər tez aşkar edilərsə, təkcə əzələ itkisinin deyil, digər xroniki xəstəliklərin də qarşısını almaq olar. Bəzən xroniki xəstəliklər hərəkətsizliklə əlaqələndirilir”.
O, eyni zamanda süni intellektin erkən diaqnostika üçün vacib olduğunu vurğulayıb:
“Bunların müayinəsi və sonrasında istifadə olunan görüntüləmə üsullarında, xüsusilə piksel analizlərində ultrasəs vasitəsilə əzələ mifalogiyasını və keyfiyyətini qiymətləndirə bilirik.Süni intellektdən istifadə edərək daha ətraflı analizlərlə əzələ sağlamlığı və keyfiyyəti haqqında detallı məlumatlar əldə edə biləcəyik. Xəstəliyin daha erkən müayinəsi, aşkar edilməsi və müalicəsində süni intellektdən istifadə edəcəyik. Çox sayda xəstənin görüntülərini sistemə öyrədib, yeni xəstələrin görüntülərini süni intellektlə qiymətləndirəcəyik. Süni intellekt daha dəqiq məlumatlar verə bilir”.
Xəstəlik nə qədər erkən aşkar edilərsə, müalicə imkanının da bir o qədər çox olduğuna diqqət çəkən Kara, süni intellektin erkən diaqnoz üçün vacib olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top