
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi general-leytenant Məcid Xadəmi ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.
Yeniavaz.com İranın dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Məlumatda SEPAH-ın kəşfiyyat təşkilatının rəhbərinin bu gün səhər öldürüldüyü bildirilib.
Qeyd edək ki, Xadəmi 19 iyun 2025-ci ildən SEPAH-ın kəşfiyyat təşkilatının rəhbəri vəzifəsini icra etməyə başlayıb.
O, 2025-ci ilin yayında 12 günlük qarşıdurma zamanı həlak olan Məhəmməd Kazemini əvəz edib.
Tətbiqimizi yükləyə bilərsiniz