
Siyəzən rayonunda sel körpünün uçmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Qafqazinfo”ya bildirilib ki, bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub:
“Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”.
Tətbiqimizi yükləyə bilərsiniz