Maskın atası Epşteynin sağ olduğunu iddia edir


Qalmaqallı maliyyəçi Ceffri Epşteynin hələ də sağ olması ilə bağlı iddia ortaya çıxıb.
Yeniavaz.com
xəbər verir ki, amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
“O, mütləq sağdır... Buna şübhə yoxdur”, - deyə o iddia edib.
E.Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur.
O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yuxuda olublar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-dək) ​​yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.
Qeyd edək ki, Epşteyn 2019-cu ilin avqust ayında həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb.
Xatırladaq ki, fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi ilə bağlı 3 milyon səhifədən çox sənəd yayıb. Sənədlərə tanınmış şəxslərin fotoşəkilləri, istintaq materialları və Epşteynin çoxsaylı yüksək vəzifəli məmurlar və iş adamları ilə yazışmaları daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top