
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İran hökumətini iğtişaşlara təhrik edərək devirməyə çalışan etirazçılara silah göndərdiyini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Fox News”un aparıcısı Trey İnqstə verdiyi müsahibədə danışıb.
Söhbət barədə aparıcı özü məlumat yayıb.
“Prezident mənə dedi ki, ABŞ İran etirazçılarına silah göndərib. Biz etirazçılara çoxlu silah göndərmişik”, - deyə o bildirib.
Aparıcının sözlərinə görə, ABŞ prezidenti həmçinin İraq kürdlərinə silah ötürülməsi barədə də danışıb.
“Düşünürəm ki, kürdlər silahları götürüblər”, - o, Trampın sözlərini sitat gətirərək bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz