
“Çərşənbə axşamı İranda “Elektrik Stansiyaları Günü” və “Körpülər Günü” olacaq – hamısı bir gündə. Beləsi heç vaxt olmayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu İran rəhbərliyinə müraciət edən ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.
“O lənətə gəlmiş Hörmüz boğazını açın, ey dəli səfehlər, yoxsa cəhənnəmdə yaşayacaqsınız – sadəcə izləyin!” – deyə Tramp bildirib.
Qeyd edək ki, orijinal mətndə açıq şəkildə təhqiredici sözlərdən istifadə olunub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hücuma keçiblər. İran həmin vaxtdan etibarən dünya enerji bazarında mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz