
İsrailin hava zərbəsi nəticəsində Qəzza zolağında dörd fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” yerli səhiyyə qurumlarına istinadla məlumat yayıb.
Bildirilib ki, bu hadisə kövrək atəşkəsi kölgədə qoyan son zorakılıq halıdır və vasitəçilərin razılaşmanı gücləndirməyə çalışdıqları dövrə təsadüf edir.
“Həkimlərin sözlərinə görə, zərbə Qəzza şəhərinin Darrac məhəlləsinə endirilib. Nəticədə dörd nəfər ölüb, bir neçə nəfər isə yaralanıb”, - nəşr yazır.
İsrail ordusu isə açıqlayıb ki, Qəzzanın şimalında hərbçilərə yaxın ərazidə fəaliyyət göstərən və onlara real təhlükə yaradan bir fələstinli silahlı qrupun üzvləri hədəf alınaraq zərərsizləşdirilib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs qüvvəyə mindikdən sonra İsrailin atəşi nəticəsində azı 700 nəfər həlak olub. İsrail isə eyni dövrdə Qəzzada silahlı qruplar tərəfindən 4 hərbçisinin öldürüldüyünü bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz