Yapon fizikləri super dəqiq atom saatı ixtira ediblər


Yapon fizikləri nadir torpaq elementi olan itterbiuma əsaslanan super dəqiq atom saatı hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nature Photonics” jurnalında dərc olunan məqalədə bildirilib.
Bildirilib ki, yeni ixtira fundamental fizika və qaranlıq maddənin təbiəti haqqında anlayış inkişaf etdirə biləcək yeni təcrübələr üçün əsas yaradır:
“Bu saat fizikanın Standart Modelinin hüdudlarını sınaqdan keçirməyə və hətta qaranlıq maddəni axtarmağa kömək edə bilər”.
Qeyd edək ki, atom saatları, ənənəvi olaraq sezium-133 istifadə edərək, atomdakı iki enerji səviyyəsi arasındakı elektron keçidləri ilə vaxtı ölçür. Bu keçidlər son dərəcə sabit tezliklərdə baş verir və bu da onları dünyanın ən dəqiq saatlarına çevirir. Yeni saatda atomlar lazer şüalarının kəsişməsindən əmələ gələn optik qəfəsdə saxlanılır və bu da saniyədə yüzlərlə trilyon keçidi ölçməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top